Haqqımızda

Müasirliyin və illərdən bəri gələn üslubların ənənəsi altında sürətli və peşəkar iş ortaya qoymağı məqsəd tutub 2020-ci ildən fəaliyyətinə başlayan Rəşadoğlu İnşaat komandası ilə sizi yaxından tanış edək.
 Müştəri məmnuniyyətini əsas tutaraq çalışdığımız son illər bizə və bizi seçənlərə həm keyfiyyət, həm də sevinc açarları qazandırıb. Daim araşdırmaq, inkişaf etmək və tətbiq etmək meyarları ilə Azərbaycanda və onun müxtəlif bölgələrində fərdi yaşayış evlərinin, ofislərin, villa və kotteclərin və müxtəlif növ tikililərin layihələndirilməsi, təmir, bərpa və yenidənqurma işləri, fərdi yaşayış evlərinin tikintisi və  dizaynının aparılması sahəsində gücümüzü bərqərar etmişik. İşimizə dəyər qatmaq üçün eyni qayə ətrafına toplaşdığımız mühəndis, dizayner, memar, mexanik, elektrik, santexnik, smetaçı və digər mütəxəsislərimizlə tikinti və dizayn proseslərinin gedişatının tam peşəkarlıqla aparılmasında və güvənlə tamamlanıb təhvil verilməsində bütün gücümüzlə çalışırıq!

None